Təkminləşdirmə kursları (5-6-7-8-ci siniflərin hazırlığı)
Təkmilləşdirmə kursları 5-6-7-8-ci sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur. Biz sizi əmin edirik ki, bizmlə bərabər övladlarınız orta məktəb dərslərini daha yaxşı oxuyacaq, gələcək dövrdə universitetlərə hazırlıq zamanı üçün baza bilikləri təşkil edəcək ,nəticədə güclü təməl atmış olacaqlar.
Təkminləşdirmə kursları proqramı
Proqrama üç fənn daxil edilmişdir: Azərbaycan dili, Riyaziyyat, İngilis dili.
Azərbaycan dili – hər bir Azərbaycanlının öz ana dilini mükəmməl bilməsi onun ən vacib borcudur.
Riyaziyyat – bütün dəqiq fənlərin açarı hesab edildiyi üçün öyrənilməsi vacib bir fəndir.
İngilis dili – “Beynəlxalq ortaq dil” olduğu üçün zamanın tələbinə uyğun olaraq mütləq şəkildə bilməyimiz vacibdir.
Təhsil Mərkəzimizdə Təkmilləşdirmə hazırlığı bərabər bilik səviyyəsinə sahib şagirdlərdən ibarət kiçik qruplar şəklində keçirilir. Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərinin tədrisi və öyrədilməsi müvafiq olaraq təməl əsaslardan başlayıb 8-ci sinifin son proqramına kimi davam etdirilir.