
Əczaçılıq kursu.
ZirvəKursu MMC tədris müəssisəsi Əczaçılıq kursu üzrə tələbə qəbulu elan edir.Əczaçılıq (Farmakologiya) kursu axtarışında olanlar ZirvəKursu MMC tədris müəssisəsinə müraciət edə bilərsiz. Burada sizə ən güclü əczaçılıq kursu təklif olunur.Tələbələr tədris müəssisəsinə gəlməklə dərsləri nəzəri və təcrübə proqramı ilə öyrənirlər. Dərslərin keyfiyyətinə tam təminat verilir.Dərsin müddəti 2 il həftənin 5 günü 2 saat olmaqla tədris edilir. Kursun sonunda diplom verilir.
Kursun proqramına aiddir:
Dərmanların farmakodinamikası – dərmanların orqanizmə göstərdiyi farmakoloji təsiri
Dərmanların farmakinetikası – dərmanların qana sorulması, orqanizmdə toplanması, paylanması, metabolizmi, xaric olunması
Dərmanların farmakoterapiyası – dərmanların dozası, göstərdiyi təsir, istifadə olunması qaydaları, orqanizmə yeridilmə yolları, hazırlanması, reseptlərin oxunması, xəstəyə dərmanın istifadə qaydası haqqında məlumat verilməsi.
- Əczaçılığın yaranması və inkişafı
- Əczaçılığın kimyası
- Latın dili
- Farmakoqnoziya
- Dərmanların orqanizmə təsiri
- Dərman formalarının texnologiyası
- Dərman bitkiləri haqqında məlumat
- Dərmanların tərkibi və qrupları, onların xəstəliklərdə tətbiqi